Dövlət Statistika Komitəsi (DSK) ölkədə orta aylıq əmək haqqının yeni məbləğini açıqlayıb.
Bu məhsullar bahalaşıb - STATİSTİKA
FED.az xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4 faiz artaraq aprelin 1-i vəziyyətinə 901,3 manata çatıb.
Qeyd edək ki, bir il əvvəl, yəni 2022-ci il aprelin 1-inə orta aylıq əmək haqqı 809 manatidi, yəni son bir ildə orta maaş 92 manat yüksəlib.
DSK-nin məlumatlarına görə, son bir ayda (yəni mart ayında – maaşlar 1 ay gecikmə ilə açıqlanır – FED.az) ölkədə orta aylıq əmək haqqının məbləği 47 manat və ya 5,5% artıb ki, bu da ən yüksək aylıq göstəricilərdən biridir.
Bu ilin əvvəlindən, yəni yanvarın 1-nə olan göstəriciyə nisbətən isə orta aylıq əmək haqqı 62 manat olub – yanvarın 1-də bu göstərici 839 manat idi.