Bu ilin yanvar-iyul aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 22,4 faiz artaraq 1 128,6 milyon manat olub.
Gəncədə restoranların dövriyyəsi - 23,5 FAİZ ARTIB
FED.az xəbər verir ki, dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5 faizi hüquqi şəxslərin, 49,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 23,8 faiz artaraq 564,4 milyon manat olub.