2023-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatlar açıqlanıb.
Azərbaycanda inflyasiya - 12,2 %-Ə DÜŞDÜ
FED.az xəbər verir ki, Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2023-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artaraq 20 milyon 699,5 min manat təşkil etmişdir. Dövriyyənin 20 milyon 600,0 min manatı fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2023-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 15,1 faiz artaraq 251 milyon 493,2 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 63 milyon 292,2min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 25,2 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 14,8 faizi dövlət, 85,2 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur.