Cari ilin yanvar-iyul aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,7 faiz artaraq 15 milyard 247,2 milyon manat olub.
Eləcə də bax: Hər bir Azərbaycan vətəndaşı orta hesabla 379,8 manat xərcləyib - STATİSTİKA
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz artaraq 8 milyard 532,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1 faiz azalaraq 6 milyard 714,6 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17 faizi isə paytaxtın məhsul bazarlarında realizə olunub. (Azərtac)