Kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində 424.5 milyon manat artaraq, avqust ayı ilə müqayisədə sentyabr ayında isə 188.6 milyon manat azalaraq 1 oktyabr 2019-cu il tarixində 14 milyard 873.7 milyon manata çatıb.
Eləcə də bax: Azərbaycanın dövlət bankları kredit qoyuluşunda payını artırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın “Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları” adlı statistikasına görə, kredit təşkilatlarının 14 milyard 873.7 milyon manatlıq kredit qoyuluşlarının 10 milyard 211.3 milyon manatını manat kreditləri (milli valyutada kreditlər), 4 milyard 662.3 milyon manatını xarici valyuta kreditləri təşkil edib. Qeyd edək ki, 2016-cı ilin yanvarında dollar kreditləri 11 milyard manatdan çox idi.
Milli valyutada kreditlərin 672.7 milyon manatının, xarici valyutada kreditlərin isə 396.8 milyon manatının ödəmə vaxtı keçib (problemli kreditlərdir).
2019-cu ilin sonu ilə müqayisədə cari ilin 9 ayı ərzində Manat kreditləri 210.5 milyon manat artıb, xarici valyutada kreditlər isə 635.1 milyon manat azalıb.
Avqust ayı ilə müqayisədə Sentyabr ayında isə Manat kreditləri 166.7 milyon manat artıb, xarici valyutada kreditlər isə 21.8 milyon manat artıb.
Milli valyutadakı kreditlərin 1 milyard 740.3 milyon manatı qısamüddətli, 8 milyard 471.1 milyon manatı uzunmüddətli kreditlərdən ibarət olub.
Xarici valyutada kreditlərin isə 729 milyon manatını qısamüddətli, 3 milyard 933.3 milyon manatını uzunmüddətli kreditlər təşkil edib.