Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz artaraq 10 milyon 879,8 min manat təşkil edib.
FED.az xəbər Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, dövriyyənin 10 milyon 830,0 min manatı fiziki şəxslərin hesabına təmin olunub.
2023-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 11,6 faiz artaraq 101 milyon 19,7 min manat təşkil edib. Hüquqi şəxslər tərəfindən əhaliyə 49 milyon 609,7 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 49,1 faizini təşkil edib. Ödənişli xidmətlərin 20,9 faizi dövlət, 79,1 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub