2023-cü ilin yanvar-mart aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 171,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Gəncə şəhərində sənayedə çalışanların – ƏMƏK HAQQI AÇIQLANIB
FED.az Gəncə Şəhər Statistika İdarəsinin məlumatına istinadən bildirir ki, məhsulun və xidmətlərin 55,2 milyon manatı, yaxud 32,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 116,6 milyon manatı, yaxud 67,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkar olan fiziki şəxslər tərəfindən istehsal edilib.
Sənayedə muzdla çalışan 6694 nəfər işçinin (dövlət sektorunda 4008 nəfər, qeyri-dövlət sektorunda 2686 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 684,1 manat təşkil etmişdir. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 647,2 manat, qeyri-dövlət sektorunda 739,1 manat təşkil etmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 116,1 milyon manatı, yaxud 77,5 faizi qeyri-dövlət sektoruna aid olmaqla 149,7 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir.
Bundan 39,0 milyon manat qida məhsulları istehsalı, 3,2 milyon manat içki, 63,6 milyon manat metallurgiya sənayesi məhsulları, 33,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 10,2 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir.
Cari ilin yanvar-mart ayları ərzində 21,2 min ton un, 12,6 ton makaron, 36,9 min dekalitr araq, 32,9 min dekalitr şərab, 228 ədəd traktor, 145 ədəd MAZ yük avtomobili, 6 485,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 37 ədəd taxılyığan kombaynlar və 1031 ədəd elektron, 50579 ədəd mexaniki su sayğacları istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2023-cü il yanvar-mart ayları ərzində 16,0 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 5,7 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir