2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 13,2 faiz artaraq 64,3 milyard manat olmuşdur.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 11,4 faiz, qeyri-ərzaq malları üzrə 9,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 9,1 faiz artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 919,8 manat olmuşdur. (Marja)