2021-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 1 milyard 757 milyon manat olub.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 9% Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığ hesabata görə, bu, illik müqayisədə 0.6 faiz azdır.
Hesabat dövründə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 3.8 faiz artaraq 882 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4.5 faiz azalaraq 875 milyon manata bərabər olub.
Qeyd edək ki, istehlak məhsullarının 33.7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55.5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10.8 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.