Bu ilin yanvar ayında Bakı üzrə ictimai iaşə dövriyyəsi 2019-cu ilin yanvar ayı ilə müqayisədə real ifadədə 8,9% artaraq 72,5 mln. manat olub.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi - 3 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, Bakı Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövrü özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 44,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.
Məlumata görə, yanvarda hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 40,4 mln. manat təşkil edib. (Apa)