2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 2019-cu il ilə müqayisədə 4,3% azalaraq 72 432,2 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə görə, hesabat dövründə qeyri-neft ÜDM-i 2,6% azalaraq 50 792,5 mln. manata enib.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 262,8 manata bərabər olub və bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.