2023-сü ilin yanvar-avqust aylarında Azərbaycanda 1942 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 553 ədəd çox (39,8 faiz çox) minik avtomobili istehsal olunub (yığılıb).
Kompüter, elektron və optik məhsulların istehsalı - 80 FAİZ ARTIB
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 23,5 faiz artaraq 499 ədəd təşkil edib.
2023-сü ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən yük avtomobillərinin istehsalı 48,9 faiz artaraq 271 ədəd olub. (Marja)