Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 109,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 %, qeyri-ərzaq məhsulları üzrə 108,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 % təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
Məlumata görə, noyabrda isə istehlak qiymətləri indeksi sentyabrla müqayisədə 99,8 %, ötən ilin oktyabr ayına nisbətən 102,6 % olub.
Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 %, ötən ilin noyabr ayına nisbətən 101,5 % təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, artım isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.