Dövlət Statistika Komitəsi yanvar-noyabr aylarının nəticəsi olaraq ölkədəki inflyasiyanı açıqlayıb.
Əli Əsədov: "Azərbaycanda ikirəqəmli inflyasiya ərzağın 60% bahalaşması hesabına formalaşıb"
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr aylarında ölkədə rəsmi inflyasiya 13,8% təşkil edib.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz bahalaşıb.
Noyabrdan-noyabra bahalaşma isə 15,1% olub.
Bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 20,1%, ayrıca olaraq qida məhsulları 20,8% bahalaşıb.
Spirtli içkilərin qiymətində son bir ildə 6,3%, tütün məmulatlarında 6,9% artım var.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, qeyri-ərzaq məhsulları 12,1%, ödənişli xidmətlər 10,7% bahalaşıb.