Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 372,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Azərbaycanda inflyasiya - 12,2 %-Ə DÜŞDÜ
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4 % artıb.
ÜDM istehsalının 42,8 %-i sənaye, 9,4 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 %-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5,9 % azalaraq 6 939 manata düşüb. (Report)