Amerikanın Forbes nəşri qarşıdakı dövrdə güclü inkişaf edcəyi gözlənilən perspektivli startapların illik reytinqini açıqlayıb. FED.az xəbər verir ki, «Forbes»in fikrincə, yaxın vaxtlarda bu startapların bazar dəyəri 1 milyard dolları keçəcək.
Azərbaycanda biznesə və startaplara marağın sürətlə artdığını nəzərə alaraq FED.az bu startapları təqdim edir:
«FOURKITES»
Təsisçiləri: Arun Çandrasekaran, Mett Elencikal (baş direktor)
Cəlb edilmiş investisiyalar: $101 mln
2018-də gəliri: $16 mln
Aparıcı investorları: August Capital, Bain Capital Ventures, Hyde Park Venture Partners
Mett Elencikalın 37 yaşı var, o Kelloqa adına Şimal-Qərb Universitetində magistr dərəcəsi alıb və 2014-cü ildə öz biznesinə başlayıb. Onun «FourKites» layihəsi şirkətlərə imkan verir ki, öz sifarişlərinin harada olduğunu, təyinat yerinə nə vaxt çatacağını və yol boyu yüklə bağlı bütün prosesləri izləyə bilsinlər.
Hazırda təchizat sahəsində bu intellektual Proqram Təminatından dünyanın ən aparıcı 260 yük şirkəti istifadə edir. Bu şirkətlərin hər bir gündə 500 min yük göndərirlər. Onların arasında «Best Buy», «Kraft Heinz», «Nestlé» və «Smithfield Foods» var.
«Əgər siz yük göndərənsizsə, sizin malı daşıyan yük avtomobili yola çıxandan sonra onunla nə baş verdiyini təsəvvür etmirsiniz. Yükləri «FourKites» olmadan daşıyanda belə olur. Bizim texnalogiyamız olmadan siz «Amazon»la rəqabət apara bilməzsiniz» -deyə Elencikal bildirir.