Ötən il Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 102,9 manat olub.
Aşağı maaş alanların da əməkhaqları artacaq - AÇIQLAMA - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3% artıb.
Ötən il iqtisadiyyatda çalışan qadınların orta maaşı 874,6 manat, kişilərin orta maaşı 1 264 manat olub. Kişilərin orta maaşı qadınlardan 389,4 manat və ya 44,5% daha çox olub.
Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb ki, burda da kişilərin orta maaşı 3 min 857 manat, qadınların orta maaşı 2 min 884,1 manat olub – aradakı fərq 972,9 manat təşkil edib.
Ən aşağı maaş kənd təsərrüafatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda olub. Bu sahədə qadınların orta maaşı 596 manat, kişilərin orta maaşı 733,5 manat təşkil edib. Yəni kişilərin maaşı qadınların maaşından 137,5 manat (23,1%) daha çox olub.













