Bakının Yasamal Rayonunda 49 minə yaxın yeni iş yerinin necə yaradılmasının detalları məlum olub.
FED.az xatırladır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Bakının yasamal rayonunda 49 655 yeni iş yeri yaradılıb.
Bu göstərici ona görə, maraqlıdır ki, qeyd edilən müddətdə bütün Bakı şəhərində ümumilikdə cəmi 90 322 yeni iş yeri yaradılıb. Başqa sözlə, paytaxtda yaradılan yeni iş yerlərinin 55% faizi təkcə Yasamal rayonunun payına düşüb. Bakının digər iri rayonlarında isə bu müddət ərzində yaradılan yeni iş yerlərinin sayı isə 5-7 min arasındadır.
FED.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər ki, yasamalda yaradılan yeni iş yerlərinin böyük hissəsi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, başqa sözlə, ictimai işlərə aiddir. Qeyd edək ki, bu kateqoriyaya ixtisas tələb etməyən sadə işlər, təmizlik, abadlıq, bağbanlıq və sair aiddir. İlk 9 ay ərzində Yasamalda bu kateqoriya üzrə 45 min nəfər yeni iş yaradıldığı qeydə alınıb. Bu işlərin Yasamalda qeydə alınmasının səbəbi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni yaradılan DOST mərkəzinin Yasamal rayonu ərazisində yerləşməsidir. Belə ki, yuxarıda qeyd edilən 45 min iş yeri məhz DOST mərkəzinin xətti ilə yaradılıb.
Nəticədə DSK-nin məlumatına görə, 2019-cu ilin ilk 9 ayında yaradılan və əslində Bakının bütün ərazisinə paylanan ictimai iş yerlərinin hamısı Yasamal rayonunda qeydə alınıb.
Bui ş yerlərindən əlavə, ilk 9 ayda Yasamalda tikinti sahəsi 1097, kənd təsərrüfatı üzrə isə 564 və sair iş yerləri yaradılıb.
Yasamal rayonunda 2019-cu ilin 9 ayı üzrə yeni açılmış iş yerləri
İqtisadi fəaliyyət növləri |
2019-cu ilin 9 ayı üzrə yeni açılmış iş yerləri |
Cəmi |
48502 |
o cümlədən: |
|
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
564 |
Mədənçıxarma sənayesi |
27 |
Emal sənayesi |
393 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
- |
Su təchizatı; tullantıların təmizlənməsi və emalı |
- |
Tikinti |
1097 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
240 |
Nəqliyyat və anbar təsərrüfatı |
149 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
266 |
İnformasiya və rabitə |
32 |
Maliyyə və sığorta fəaliyyəti |
19 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
49 |
Peşə, elmi və texniki fəaliyyət |
286 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
45045 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
11 |
Təhsil |
89 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
154 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
14 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
67 |