Bu ilin yanvar-avqust aylarında Ukrayna əhalisinin sayı 1 milyon 77 min nəfər azalıb.
FED.az xəbər verir ki, Ukraynanın Dövlət Statistika Xidmətinin məlumatına istinadla xəbər verir ki, sentyabrın 1-nə ölkə əhalisinin sayı 41 milyon 976,2 min nəfər olub. Təkcə avqustda Ukrayna əhalisinin sayı 20,9 min nəfər azalıb. Bu, son 2 ildə Ukrayna əhalisinin 3 milyon nəfər azalması deməkdir. 2017-ci ilin statistikasında Ukrayna əhalisi 44,8 milyon nəfər olub. Ölkədə hər 100 nəfərin ölümü müqabilində cəmi 53 doğuş qeydə alınıb. Yanvarın 1-nə olan göstəricidə isə Ukraynada 42 milyon 153 min əhali olub.
Eləcə də bax: "Ukrayna Azərbaycanla birgə sərmayələr qoymağa - HAZIRDIR"
Qeyd edək ki, Ukraynada əhalinin azalma tendensiyası bir neçə ildir davam edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2024-cü ildə Ukraynada əhalinin sayı 41 milyon 47 min nəfər olacaq. Təkcə 2018-ci ildə Ukrayna əhalisi 233 min nəfər azalıb.
Azərtac