2025-ci ilin yanvar ayının 1-nə Azərbaycan banklarının əməliyat mənfəəti 1 milyard 663,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 22 milyon manat (1,3%), aylıq müqayisə ilə 127,4 milyon manat (8%) çoxdur.
2024-cü ilin dekabr ayının birinə bankların xalis mənfəəti 1 milyard 535,8 milyon manat, əvvəlki ilin yanvarın 1-nə isə 1 milyard 641,2 milyon manat təşkil edib.