Bu il Azərbaycanda iki yeni yanacaqdoldurma məntəqəsi açılacaq.
FED.az xəbər verir ki, bu barədə “SOCAR”ın sosial şəbəkə səhifəsində məlumat verilib.
Eləcə də bax: SOCAR dron və anti-dronlar almağa hazırlaşır - DANIŞIQ APARILIR
“Hazırda “SOCAR Petroleum” QSC-yə məxsus müasir standartlara cavab verən 29 yanacaqdoldurma məntəqəsinin 5-də CNG məntəqəsi, o cümlədən, 1 CNG terminalı fəaliyyət göstərir.
2019-cu ilin sonuna kimi iki yeni yanacaqdoldurma məntəqəsi də açılaraq, istifadəyə veriləcək”, - deyə bildirilib.