“Bu gün ölkədə əmək müqavilələrinin sayı 1 milyon 700 min ədəddir”.
Eləcə də bax: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı - YENİLİK - QANUN DƏYİŞİR
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, bu, ümumi məşğul əhalinin sayının cəmi 35 faizini təşkil edir.
"Bu gün minimum əməkhaqqı yaşayış minimumunun 1,5 mislinə bərabərdir. Lakin bunu 2-yə çatdırmalıyıq. Bu gün əməkhaqqı fondunun ümumdaxili məhsulda payı bizim arzuladığımız rəqəmlərdən aşağıdır. Bunu inkişaf etmiş ölkələrin səviyyəsinə tədricən çatdırmalıyıq. Ümumi korporativ sosial məsuliyyət proqramlarının sayı çoxdur, amma cəmi məbləğin payına baxdıqda, inkişaf etmiş ölkələrdən geri qalırıq. Düşünürəm ki, yolun başlanğıcındayıq. Bu istiqamətdə birgə işlər aparacağıq", - o qeyd edib. (Apa)