Prezident Donald Tramp Rusiyanın “Kasperski laboratoriyası” məhsullarının dövlət strukturlarında istifadəsinin qadağan olunması barədə qərar verir.
Dövlət başçısı bununla bağlı ölkənin müdafiə büdcəsinə dəyişiklikləri təsdiqləyib. Dövlət qurumlarına “Kasperski laboratoriyası”nın məhsullarından imtina etmək üçün 90 gün vaxt verilib. Qadağa həm mülki, həm də hərbi qurumlara aid ediləcək.
Qeyd edək ki, ABŞ “Kasperski laboratoriyası”nı özünün antivirus proqramları vasitəsilə Rusiyanın xeyrinə casusluq etməkdə suçlayır. Şirkət isə bu ittihamları rədd edir. Məlumatı “Reuters” yayıb.
“Kasperski laboratoriyası” qadağan edilir
11:00
14 Dek 2017