Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə təşəbbüsü ilə ölkəmizdə “Azerbaijan Changing Diabetes Awards” layihəsi çərçivəsində jurnalistlər üçün müsabiqəyə start verilib.
FED.az-ın xəbərinə görə, layihə çərçivəsində İlin ən yaxşı jurnalisti (Best journalist of the year) nominasiyası təqdim olunacaq. Şəkərli diabet xəstəliyi ilə mübarizəyə dair, o cümlədən şəkərli diabet haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə şəkərli diabetli pasiyentlərin həyat tərzinin yaxşılaşdırlımasına yönəlmiş, həmçinin şəkərli diabetin müalicəsinin xərclərinə və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.
Jurnalistlər tarixindən asılı olmayaraq mətbuatda sözügedən mövzuda çap olunan məqalələrini [email protected] email ünvanına göndərə bilərlər. Məqalə müəllifləri məqalə ilə birlikdə öz tərcümeyi-hallarını da məktuba əlavə etməlidirlər.
Fərqlənən yazı müəlliflərini Heydər Əliyev Fondunun və “Novo Nordisk” şirkətindən dəyərli hədiyyələr gözləyir. Qaliblər noyabr ayının 29-da keçiriləcək “Azerbaijan Changing Diabetes Awards” mükafatının təqdim etmə mərasimində açıqlanacaq.
“İlin jurnalisti” seçiləcək
11:02
30 Okt 2017