"Kontakt Home" Mağaza Direktoru vəzifəsinə işçi axtarır
• 3 ildən artıq elektronika və məişət texnikası mağazasına rəhbərlik, və ya 3 ildən artıq istehlak kreditləri sahəsində təcrübə
• Təcrübəli kompyuter, 1C və Excel istifadəçisi
• Azərbaycan dilini mükəmməl bilməsi zəruridir, rus və ingilis dili bilikləri arzu olunandır
Şəxsi keyfiyyətlər:
• Liderlik xüsusiyyətləri
• Yaranmış problemləri həll etmə bacarığı
• Nəticə yönümlülük
• Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı
• Komandada işləmək bacarığı
Vəzifələr:
• Satış personalının və kredit bölməsinin idarəedilməsi
• Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
• Mal qalıqlarına nəzarət və uçotun aparılması
• Assortimentin və satışın analizi
• Daxili inventarizasiyanın aparılması
• Alıcılarla iş
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 6 iş günü, 1 gün istirahət
- Əmək haqqı- razılaşma yolu ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktoru” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.