Bu ilin dekabr ayının 16-da İnsan Resursları sahəsində tanınmış mütəxəssis, təlimçi, kouç və məsləhətçi Çimnaz Qasımovanın iştirakı ilə beynəlxalq seminar keçiriləcək.
FED.az xəbər verir ki, seminar “Mənim yolum nədir? İR-da karyeranı necə inkişaf etdirməli?” mövzusuna həsr edilib. Seminarda insan resursları üzrə mütəxəssisləri daha çox maraqlanıran mövzular:
-Hazırki komandamda irəliləməyə davam etməliyəm yoxsa tamamilə yeni bir pozisiyaya və ya funksiyaya keçməliyəm?
-Növbəti fürsətimi axtarmaq üçün daha da fəal olmalıyammı?
-Əgər belədirsə, təşkilat daxilində bunu etmək üçün ən yaxşı üsul hansıdır?,
-Hansı məqamda təşkilatdan xaric fürsətləri axtarıb dəyərləndirməliyəm? tədris olunacaq.
Təlimdə iştirakçılar insan resursları sahəsində karyera yolu haqqında öyrənəcək, həmçinin, böyük təcrübəyə sahib olan İR peşəkarlarından məsləhət almaq fürsəti əldə edəcəklər.
Belə ki, tədbirdə HR üzrə məsləhətçi, UNEC və ‘University of London’nun baş müəllimi Dr. Graham Smith “Artificial Intelligence in HR” mövzusunda öz təqdimatı ilə çıxış edəcək. Təlimdə iştirakçılara müvafiq sertifikatlar da təqdim olunacaq.
Qeyd edək ki, seminar dekabrın 16-da Park Inn hotelində, saat 10.00-dan 13.00-dək keçirilək. Təlimin təşkilatçısı ‘STIM International’ treninq şirkətidir.
Əlavə məlumat üçün: http://www.stim.az/events/whats-my-path/
Qeydiyyat nömrələri: (012)493-22-84, (050)225-19-10 Email: [email protected],
İştirakçıların qeydiyyatdan keçməsi vacibdir.
Qeydiyyatın son tarixi: 14.12.2017
HR sahəsində tanınmış mütəxəssisin iştirakı ilə beynəlxalq təlim başlayır
10:45
11 Dek 2017