"Əmək və məşğulluq" altsistemi vasitəsilə 100 minə yaxın vakansiya real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar.
Eləcə də bax: Zərərli və ağır işlərdə çalışanların pensiya kapitalı tələbi aşağı - ENDİRİLİR
FED.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib. Onun sözlərinə görə, yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq.
"Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq".
M.Abbasnəbəyli qeyd edib ki, sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək.
"Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan məlumatlar əsasında gələcəkdə əmək bazarının təhlilərini apara biləcəyik". (Trend)