Azərbaycanda gələn ay ardıcıl 4 gün iş olmayacaq.
FED.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Ardıcıl dörd gün – 8, 9, 10, 11 noyabr qeyri-iş günü olacaq.
Noyabr ayında şənbə və bazar günləri də daxil olmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri qeyri-iş günləridir. Belə ki, ümumilikdə 12 qeyri-iş günü olacaq.