2025-ci ildə Azərbaycanın aparıcı banklarnından olan «Paşa Bank»ın mənfəəti kəskin azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ildə «Paşa Bank» 185 milyon 415 min manat xalis mənfəət əldə edib. Bu 2024-ci illə müqayisədə 32,8 milyon manat və ya 15% azdır.
Xatırladaq ki, «Paşa Bank» 2024-cü ildə 218 milyon 266 min manat xalis mənfəət əldə etmişdi.














