Bu gün, iyunun 1-dən etibarən Bakıda Beynəlxalq sərgi və konfransları əhatə edən Bakı Enerji həftəsi başlayıb.
FED.az xəbər verir ki, Bakı Enerji Həftəsi aşağıdakı 3 nüfuzlu tədbiri bir araya gətirir:
31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi - “Caspian Power”, 31-ci Bakı Enerji Forumu.
“Caspian Oil & Gas” və “Caspian Power” sərgiləri 1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə 1 və 2 iyun tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.
Eyni tarixlərdə Bakı Ekspo Mərkəzində 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransLogistica Caspian” Sərgisi də baş tutacaq.













