Afrika və Orta Şərq ölkələri dünyanın ən kasıb ölkələri sırasında qalmaqda davam edirlər.
Bu barədə Beynəlxalq Valyuta Fondunun dərc etdiyi hesabatda bildirilir.
Beynəlxalq Valyuta Fondu (BVF) ildə iki dəfə dünya xalqlarının iqtisadi gücü barəsində məlumatlar dərc edir.
BVF ölkələri Alıcılıq Qabiliyyəti Paritetinə (purchasing power parity -PPP) görə sıralayır.
Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə uyğun olaraq, əmtəənin bir ölkədəki qiyməti həmin əmtəənin cari kursla hesablanan digər ölkədəki qiymətinə müvafiq olmalıdır, yəni eyni bir əmtəə səbəti müxtəlif ölkələrdə eyni qiymətdə olmalıdır.
Korrupsiya həddinin yüksək olduğu bu kasıb ölkələrin əksəriyyəti avtoritar rejimlərin altındadır. Bu ölkələrin bəziləri böyük həcmdə təbii sərvətlərə sahib olmaqlarına baxmayaraq, xarici investorlar qeyd edilən problemlərdən dolayı bu ölkələrə investisiya etməkdən çəkinirlər.
FED.az adam başına düşən Ümumi Daxili Məhsulun (ÜDM) 1000 ABŞ dollarından aşağı olan ölkələri təqdim edir.