Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb. Fed.az-ın xəbərinə görə, söhbət Sumqayıta Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən istiqamətlənən sərnişin avtobuslarından gedir.
Məlumata görə, bu gün səhər saatlarından etibarən 985, 12b, 522 və 12 saylı marşrutların şəhərə girişinə qadağa qoyulub. Nəticədə sərnişinlər saatlarla marşrut gözləməli olublar. Adıçəkilən marşrut avtobuslarının bir qismi isə cərimə meydançalarına aparılıb. Həmin marşrut avtobuslarının fəaliyyəti qanunsuz hesab edilib. "Qaydalara görə, şəhərkənarı avtobuslar avtovağzaldan-avtovağzala işləməlidir. Həmin marşrut avtobusları isə avtovağzala daxil olmurlar. Ona görə də, onların şəhərə buraxılmamasına qərar verilib.
Bu marşurutların fəaliyyəti dayandırıldı
13:40
28 Okt 2017