Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyəyə qarşı məzənnə savaşı elan edildiyini söyləyib.
"FED.az" xəbər verir ki, Ərdoğan, "Qalxdılar bu vaxt bizə məzənnə savaşı elan etdilər. Nə elan etsəniz edin, ovucunuzu yalayarsınız.
Amma buradan bir şey daha söyləyirəm; ey maliyyə sektorunun içərisində olanlar, bizi məzənnə, bu, bunlarla təhdid etməyə cəhd etməyin,
bu ölkədə yaşamaq hüququnu itirə bilərsiniz. Bax bu qədər açıq söyləyirəm. Çünki bizə məzənnə savaşı, maliyyə sektoru ilə belə bir müdaxilə
bu məmləkətə xəyanətdir. Buna əsla fürsət vərə bilmərik" deyib.
Qeyd edək ki, Türk Lirəsi Dollar və Avro qarşısında kəskin dəyərdən düşüb. 1 Dollar 4 lirəni, 1 Avro isə 5 lirəni keçib.