“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası” təsdiq edilib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Yeni qaydaya əsasən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”na uyğun olaraq mənzillərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçiriləcək. Mənzillərin hərrac vasitəsilə satışı Nazirliyin sifarişi əsasında, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil ediləcək.