FED.az xəbər verir ki, Bank Respublika “Quba, Qusar regionları üzrə aqro və mikro kredit mütəxəssisi” axtarır.
NAMİZƏDƏ TƏLƏBLƏR:
• Təhsil: ali;
• İş təcrübəsi: önəmli deyil
ŞƏXSİ KEYFİYYƏTLƏR:
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
İŞ ŞƏRTLƏRİ:
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Əmək haqqı və bonus qazanma imkanları.
MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.