FED.az xəər verir ki, “Bank Respublika” ASC “Qiymətləndirici zərgər” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Qızıl zinət əşyalarının qiymətləndirilməsi;
• Qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət edir;
• Görülmüş işləri müvafiq sənədlərlə (aktlarla) rəsmiləşdirməklə təhvil vermək;
Namizədə qarşı tələblər:
• Qızıl zinət əşyaları ilə əlaqəli minimum 5 il təcrübə;
• Aparılan qiymətləndirmə zamanı məhsuliyyətin anlaması və gələcəkdə satılmasının təmin etməsi;
• Bazarda olan qızıl zinət əşyaları barədə məlumatın olması və müəyyən zinət əşyalarının bazardakı konkret qiymətlərinin bilməsi;
• Qiymətləndiricinin qızıl yoxlaması üçün ləvazimatları: Reaktivlər (585,750) lupa, tərəzi və daş.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Qiymətləndirici zərgər” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.