AFB Bank Müştəri Xidmətləri Departamentində Mütəxəssis və Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis, Baş mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Sumqayıt və Qəbələ şəhərləri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
-Yaş həddi 22 – 32;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- MS Excel və MS Word proqramları üzrə baza biliklər;
- İqtisadiyyat və maliyyə istiqaməti üzrə nəzəri biliklər;
-Analitik düşüncə qabiliyyəti;
-Hərbi xidmət keçmiş və ya möhlət hüququ olanlar;
-İş təcrübəsi arzuolunandır.
İŞİN TƏSVİRİ:
- Kredit Sifarişlərinin qəbul olunması;
-Müştərilərə kredit məhsulları barədə məlumatların verilməsi;
-Kreditlərin rəsmiləşdirilməsi;
- Fiziki və Hüquqi şəxslərə bank xidmətlərinin göstərilməsi;
-Ödəniş kartlarının sifariş edilməsi;
-Müştərilərin cəlb edilməsi;
-Müştəri xidmətləri üzrə aylıq/illik plan və tapşırıqların yerinə yetirilməsi.
Qeyd: Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “MXD mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.