Bakı Dövlət Sirkində yeni mövsümün açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir. Oktyabrın 29-dan tamaşaçılar «İntersirk-3» adlı möhtəşəm proqramın çıxışlarını izləyə biləcəklər. Bu barədə məlumat Fed.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən verilmişdir.
Qeyd edək ki, Çili, Rusiya, İtaliya, Belorus, Qvatemala və Ukraynanın dünya şöhrətli artistlərinin iştirakı il təqdim olunacaq proqramda ilk dəfə olaraq İtaliya sirkinin pələnglər attraksionu da çıxış edəcək. Proqrama, həmçinin, qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun Rob və s. daxildir.
Əlavə olaraq bildirmək istərdik ki, 2 saat davam edən sirk proqramının tamaşaları saat 12:00, 15:00 və 19:00-da başlayır. Biletlər sirkin kassalarında hər gün saat 10:00-dan 20:00-dək satılır və bilet satışı artıq başlayıb. Həmçinin əlaqə telefonları ilə də əlaqə saxlamaq olar: (+99412) 597-25-95; 597-28-48