Azərbaycanda iqtisadi fəaliyyət növləri muzdlu işçiləri sayında artım tempi son illər aşağı düşməkdədir.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər əsasında apardığı hesablamalara istinadən bu qənaətə gəlir.
2016-cı ildən 2023-cü ilin sonunadək muzdlu işçilərin sayında artım qeydə alınıb. Lakin artım dinamikası bəzən azalan, bəzən də artan templə baş verib.
Məsələn 2022-ci ildə 2021-ci ilə nisbətən işçilərin sayında 29,6 min nəfər və ya 1,7% artım qeydə alınmışdısa, 2023-cü ilin sonunda 2022-ci ilə nisbətən 3,1 min nəfər və ya 0,2% artım baş verib.
Məlumat üçün bildirək ki, ən aşağı işçi sayı 2002-ci ildə 1 milyon 201,5 min nəfər göstərici ilə qeydə alınıb.
Say fərqi ilə ən yüksək artım 93,2 min nəfərlə 2019-cu ildə, ən aşağı artım isə 3,1 min nəfərlə 2023-cü ildə qeydə alınıb. Ən çox azalma isə 2000-ci ildə 172 min nəfərlə, ən az azalma isə 2,5 min nəfər azalma ilə 2010-cu ildə olub.
Faiz dinamikasında ən yüksək müsbət dinamika 2012-ci ildə (6,7%), ən aşağı müsbət dinamikas isə 2023-cü ildə (0,2%) qeydə alınıb. Ən çox mənfi dinamika isə 2000-ci ildə (-12,4%) və ən aşağı mənfi dinamika isə 2010-cu ildə (-0,2%) olub.
Daha ətraflı aşağıdakı cədvəldə:
İllər |
İşçi sayı (min nəfər) |
İllik müqayisə (min nəfər) |
İllik müqayisə (%) |
2000 |
1 217,8 |
-172,9 |
-12,4% |
2001 |
1 205 |
-12,8 |
-1,1% |
2002 |
1 201,5 |
-3,5 |
-0,3% |
2003 |
1 226,6 |
25,1 |
2,1% |
2004 |
1 263,9 |
37,3 |
3,0% |
2005 |
1 297,1 |
33,2 |
2,6% |
2006 |
1 337,1 |
40 |
3,1% |
2007 |
1 376 |
38,9 |
2,9% |
2008 |
1 410,3 |
34,3 |
2,5% |
2009 |
1 385,4 |
-24,9 |
-1,8% |
2010 |
1 382,9 |
-2,5 |
-0,2% |
2011 |
1 387,5 |
4,6 |
0,3% |
2012 |
1 480,7 |
93,2 |
6,7% |
2013 |
1 514 |
33,3 |
2,2% |
2014 |
1 519,7 |
5,7 |
0,4% |
2015 |
1 502,5 |
-17,2 |
-1,1% |
2016 |
1 514,3 |
11,8 |
0,8% |
2017 |
1 525 |
10,7 |
0,7% |
2018 |
1 551,7 |
26,7 |
1,8% |
2019 |
1 646,6 |
94,9 |
6,1% |
2020 |
1 698,7 |
52,1 |
3,2% |
2021 |
1 709,1 |
10,4 |
0,6% |
2022 |
1 738,7 |
29,6 |
1,7% |
2023 |
1 741,8 |
3,1 |
0,2% |