2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Ümumi işçilərin sayı işçilərin sayı aylıq müqayisədə 1,8 min nəfər (0,1%), illik müqayisədə 31,6 min nəfər (1,8%) artıb.
Dövlət sektorunda çalışan işçilərin sayı son bir ayda min nəfər, son bir ildə 21,2 min nəfər (2,4%) azalıb.
Qeyri-dövlət sektorunda çalışan işçilərin sayı son bir ayda 2,8 nəfər (0,3%) , son bir ildə 52,8 min nəfər (6,4%) artıb.
Muzdla işləyənlərin 18,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.