Ukrayna 2019-cu ildə Avropanın 42 ölkəsi arasında alıcılıq qabiliyyəti üzrə reytinqdə sonuncu yeri tutub.
FED.az xəbər verir ki, siyahı “Growth from Knowledge” kompaniyası tərəfindən hazırlanıb, araşdırmanın nəticələri təşkilatın saytında yerləşdirilib. Ukraynada bir nəfərin alıcılıq qabiliyyəti 1830 avro məbləğində dəyərləndirilib.
Eləcə də bax: Ukrayna əhalisinin - SAYI AZALIR
Reytinqdə birinci yeri Lixtenşteyn tutub (67550 avro). Araşdırmada qeyd edilir ki, bu göstərici Avropa üzrə orta göstəricini 4,5 dəfə üstələyir (14739 avro). İkinci yerdə İsveçrə (42057 avro), üçüncü yerdə isə Lüksemburq (35096 avro) qərarlaşıb.
Aşağı alıcılıq qabiliyyət olan ölkələr arasında Ukrayna ilə yanaşı Moldova və Kosova da var.
Qafqazinfo