FED.az xəbər verir ki, Agro Food İnvestments şirkəti "Tenderlər üzrə Mütəxəssis" vakansiyası elan edir.
Eləcə də bax: "Para BOKT" işçi axtarır - VAKANSİYA
Tələblər.
• Ali təhsil (texniki ve iqtisadi sahələrə üstünlük verilir)
• Sahə üzrə ən azı 2 il iş təcrübəsi
• Azərbaycan dili səlis, İngilis dili yaxşı bilməlidir. Rus dilini bilməsi arzu olunandır.
• Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint); ERP sistemlərin hər hansı birində işləmək bacarığı. 1 C arzuolunandır.
• Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s.) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
• Satınalma sənədlərini hazırlama qabiliyyəti;
• Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
• Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
• AR Dövlət satınalmaları haqqında qanunu bilənlərə üstünlük verilir;
Vəzifələri
• Tenderin əsas şərtlər toplusunun (RFP) hazırlanması
• Tender iştirakçılarının müəyyənləşdirilməsi
• Tender prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması
• Tender protokollarının hazırlanması, sənədlərin elektron qeydiyyatının aparılması
• Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması;
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması .
Son müraciət tarixi: 30.11.2019
Maraqlanan şəxslər CV-lərini [email protected] e-mail ünvanına məktub mövzsunda "Tenderlər üzrə Mütəxəssis" göstərilməklə göndərə bilərlər.