Sentyabr ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1 351 beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Bu haqda Fed.az-a İcbari Sığorta Bürosundan bildiriblər.
Bu müqavilələrdən 916 müqavilə Türkiyə və İran İslam Respublikasına, 379 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 56 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə, səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Sentyabr ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 82 167 manat təşkil edib. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1188-i minik, 88-i yük, 68-i qoşqu, 6-ı avtobus, 1-i isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə əlaqədar olub.
Ötən ay 1 351 Yaşıl Kart müqaviləsi bağlanılıb
10:03
3 Okt 2016