“Xalq Sığorta” ASC-in 2018-ci il üçün maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, şirkətin 2018-ci ildə əsas əməliyyat gəlirləri 14 mln 508,8 min manat,investisiya gəlirləri 1 mln 317,5 min manat, sair gəlirləri 60 min 85 manat olarkən,sonda cəmi gəlirlər 13 mln 98,5 min manat təşkil edib.
Eləcə də bax: “Günay Sığorta”nın mənfəəti azalıb
2018-ci ildə “Xalq Sığorta” ASC-in əsas əməliyyat xərcləri 5 mln 223,1 min manat olub. 3 mln 811 min manata dəyərində sığorta ödənişi olunub. İşlərin aparılması xərcləri 5 mln 3,7 min manat təşkil edib. Yekunda cəmi xərclər 10 mln 276,4 min manat olub.
Sonda şirkət 2018-ci ili 2 mln 250,4 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, şirkətin 2017-ci ildə xalis mənfəəti 1 mln 507,4 min manat idi.
Beləliklə, şirkətin xalis mənfəəti 1,5 dəfə artıb.
FED.az “Xalq Sığorta”ın “Balans” hesabatına əsasən bildirir ki, 2018-ci ildə şirkətin cəmi aktivləri ilin əvvəlinə nisbətən 11,41% artaraq 58 mln 950,9 min manat, cəmi kapital da 4,86% artaraq 48 mln 470,9 min manata çatıb.
"Xalq Sığorta"nın vəziyyəti məlum oldu - HESABAT
11:02
28 Mart 2019