Azərbaycanda daşınmaz əmlak sığortası rəsmi olaraq, 2011-ci ildən məcburidir. Buna baxmayaraq, bütün bu illər ərzində qanun tətbiq edilməyib və əksər vətəndaşlar mənzillərini sığortalamayıb.
Eləcə də bax: Azərbaycanda ipoteka ilə alınan evlər də sığortalanmalıdır? - VİDEO
Ancaq ötən ilin dekabr ayında bir sıra sığorta şirkətlərinin vətəndaşlara göndərdiyi bildirişdə 2020-ci ildən etibarən fiziki şəxslər üçün sığorta müqaviləsinin olmaması üçün cərimələrin məbləği 30 manat olacağı və cərimə ödənilmədikdə 20 gün ərzində protokol tərtib edildikdən sonra yenidən cərimə tətbiq olunduğu bildirilib.
Məlumdur ki, fiziki şəxslərin “İcbari sığorta haqqında” qanunun icrasına nəzarət yerli İcra Hakimiyyətinə həvalə edilib. Lakin bu günə qədər İcra Hakimiyyəti bununla bağlı heç kimi cərimə etməyib. Yəni vətəndaşların əmlaklarını sığortalamağa dəyərmi, yoxsa sonraya saxlaya bilərlər?
FED.az xəbər verir ki, bu barədə "Media.Az" Bakı şəhər İcra Hakimiyyətinə əsasən açıqlama yayıb.
Bildirilir ki, cərimələrin alınması mexanizmi işlənməyib və bu qanunun praktikada necə tətbiq ediləcəyi hələ məlum deyil:
“Cərimə mexanizm təsdiqlənənə qədər bu istiqamətdə işlər davam etdirilir. Lakin bu məsələdə heç bir əminlik yoxdur”.