Sığorta vasitəçilərinin Mərkəzi Bank qarşısında hesabatlılığı müəyyən ediləcək.
Eləcə də bax: 5 həyat sığortası şirkəti 69 milyon manatlıq sığorta haqları hesablayıb
FED.az xəbər verir ki, bu, “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziyanın ləğvi və yenidən müraciət halları ilə bağlı müddəalar təkmilləşdiriləcək.
Bundan başqa, sığorta vasitəçiləri işçilərinin attestasiyadan keçirilməsi tələbi qoyulacaq.
Eyni zamanda hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələbi aradan qaldırılır.
Sığorta agentlərinin sığortaçıda vəzifə tutması qadağan ediləcək. (Apa)