Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik 67%-ə çatıb. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 29 milyon 192 min manat sığorta haqqı toplanıb, 19 milyon 728,5 min manat ödəniş edilib. Nəticədə bu sığorta üzrə zərərlilik 67,6%-ə yüksəlib.
Ötən illə müqayisədə ibari sığortada yığımlar 9,2%, ödənişlər isə 23% artıb. Nəticədə ötən il 59,9% olan zərərlilik göstəricisi bu il 67%-i keçib.
ELƏCƏ DƏ BAX : Azərbaycanda əmlak sığortası üzrə zərərlik - 4 DƏFƏDƏN ÇOX ARTIB
Sığorta şirkətlərinin «başağrısı» - ÖDƏNİŞLƏR KƏSKİN ARTIB
15:20
10 İyun 2019