Eləcə də bax: Sığorta yığımları üzrə renkinq (Yanvar-avqust, 2018) – CƏDVƏL 1
Siyahıya əsasən işçi başına ən çox yığım “Paşa Həyat Sığorta” ASC şirkətinə məxsusdur ki, burda hər bir işçiyə 1 mln 51,3 min manat yığım düşür, ikinci yeri “İpək Yolu Sığorta” ASC tutur- 533,2 min manat. İşçi başına ən az yığım isə “Amrah Sığorta” ASC-dir ki, burada hər işçi şirkətə 20,9 min manat sığorta haqqı gətirir. Sonrakı yeri «Rəvan sığorta» tutur – hər işçi üçün 34,8 min manat.
Hər işçiyə düşən sığorta haqqının məbləği sığorta şirkətlərinin sığorta haqlarını nə qədər asanlıqla və ya əksinə, çətinliklə topladıqlarının da göstəricisi sayıla bilər.
Eləcə də bax: Sığorta şirkətlərinin nə qədər işçisi var? – SİYAHI, ŞİRKƏTLƏR
“Bakı Sığorta” ASC, “Azərsığorta” DSKŞ, “Xalq Sığorta” ASC və "Naxçıvansığorta" ASC şirkətləri öz işçilərinin sayını gizlətdikləri üçün onlarda sözügedən göstəricini hesablamaq mümkün olmayıb.
№ | Sığortaçının adı | Hər işçiyə düşən yığım (min manat) |
1 | “Standard Insurance” ASC | 103,2 |
2 | “Atəşgah” ASC | 77,6 |
3 | “Rəvan Sığorta” ASC | 34,8 |
4 | “Amrah Sığorta” ASC | 20,9 |
5 | “Meqa Sığorta” ASC | 162,7 |
6 | “İpək Yolu Sığorta” ASC | 533,2 |
7 | “AtaSığorta” ASC | 52,9 |
8 | “AXA MBASK” ASC | 147,6 |
9 | “AZSIĞORTA” ASC | 40,7 |
10 | “Qala Həyat” ASC | 150,8 |
11 | “Paşa Həyat Sığorta” ASC | 1051,3 |
12 | “Qala Sığorta” ASC | 93,4 |
13 | “Sənaye Sığorta” ASC | 125,2 |
14 | “Paşa Sığorta” ASC | 348,7 |
15 | “Günay Sığorta” ASC | 38,2 |
16 | “A-Qroup Sığorta ” ASC | 71,3 |
17 | “Atəşgah Həyat” ASC | 437,5 |
18 | “Xalq Sığorta” ASC | - |
19 | “Azərsığorta” DSKŞ | - |
20 | “Bakı Sığorta” ASC | - |
21 | "Naxçıvansığorta" ASC | - |