“Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyi ilə İslam İnkişaf Bankı Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) nümayəndə heyəti arasında görüş keçirilmişdir.
FED.az xəbər verir ki, görüşün əsas məqsədi aidiyyəti dövlət qurumları ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, eləcə də İslam İnkişaf Bankı Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) sığorta alətləri, ticarətin maliyyələşdirilməsi və birbaşa xarici investisiyaların təşviqi barədə müzakirələr aparmaqdır.