"Qala Həyat Sığorta"nın xalis mənfəəti 55% artıb
FED.az xəbər verir ki, "Qala Həyat Sığorta" ASC 2019-cu ili 2 milyon 621 min manat xalis mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 55,2% çoxdur.
Ötən il "Qala Həyat Sığorta"nın gəlirləri 18 milyon 189 min manat, xərcləri 14 milyon 915 min manat, mənfəət vergisi ödəmələri isə 652 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 35 milyon 892 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 12 milyon 403 min manat, balans kapitalı isə 23 milyon 489 min manat, o cümlədən nizamnamə kapitalı 13 milyon 42 min manat təşkil edib.